

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun torpaq sahəsində qeyri-adi təbiət hadisəsi müşahidə olunub. İnstitutun həyətindəki gilas ağacı avqust ayında yenidən çiçək açaraq alimlərin və əməkdaşların diqqətini cəlb edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, ənənəvi olaraq yaz aylarında çiçəkləyən bu meyvə ağacının yay mövsümünün sonuna doğru ikinci dəfə çiçək açması Bakı-Abşeron yarımadası üçün olduqca nadir və qeyri-adi hal hesab olunur.
Mütəxəssislər qeyd edirlər ki, son illər havaların normadan artıq dəyişkən keçməsi və temperatur fərqləri bir çox bitki növlərinin bioloji dövrlərinə təsir göstərir. Alimlər bu cür halların daha geniş təhlil olunması və səbəblərinin araşdırılması üçün müşahidələri davam etdirirlər.