
Zelenski: Ukrayna Avropa Birliyinin bir hissəsi olacaq
7 Avqust 19:52
7 Avqust 19:52
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Sumqayıt şəhərində 22 yaşlı gənc boynundan bıçaqlanıb.
“Report”un yerli bürosunun məlumatına görə, hadisə şəhərin 2-ci mikrorayon ərazisində yerləşən telefon mağazalarından birində baş verib.
Mağazada satıcı işləyən 2003-cü il təvəllüdlü Hüseynov Aqil Salim oğlu naməlum şəxs tərəfindən boynundan bıçaqlanıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, saat 21:30 radələrində kişi cinsli 1 nəfər Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
2003-cü il təvəllüdlü şəxsə boyun nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu təyin olunub.
Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi tibb müəssisəsinin reanimasiya şöbəsində davam etdirilir.
DİN Mətbuat Xidmətindən isə bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən 33 yaşlı R.Məmmədov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.