13 Avqust 2025 15:07
2 597
Yaponiyadan Azərbaycana gətirilən 600 ədəd meyvə aromalı qazlı su məhsullarında benzoy turşusunun kütlə qatılıq miqdarının normadan artıq olduğu aşkarlanıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bundan başqa, 120 ədəd südlü içki, 72 ədəd qazsız təbii su, 18 ədəd meyvə şirəsi və 480 ədəd alkoqolsuz içki məhsullarının da istifadə müddətinin bitdiyi müəyyənləşib.
Bununla bağlı müvafiq tədbirlər görülüb, istehlaka yararsız məhsullar məhv edilib.
25 Mart 17:27
1 351
25 Mart 15:08
1 372
25 Mart 15:03
1 386

