Xızıda açıq sahədə yanğın baş verib Hadisə

Xızıda açıq sahədə yanğın baş verib

Xızıda açıq sahədə yanğın baş verib.

Bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, rayonunun Sitalçay kəndində açıq ərazidə 400 ha sahədə kol-kos və quru ot yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.