24 Avqust 2025 18:38
2 079
Avqust ayının 24-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Report"a bildirilib ki, araşdırmalarla yanğını 23 yaşlı Araz Əzizovun törətdiyi məlum olub. Hadisə nəticəsində 70 hektar ərazidə biçilmiş əkin sahəsi və kol-kos yanıb.
A.Əzizov saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Faktla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırma aparılır.
25 Mart 17:27
1 337
25 Mart 15:08
1 351
25 Mart 15:03
1 358