26 Avqust 2025 17:52
2 240
Sabunçu rayonunda süni gölməçədə uşaq batıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata gorə, "112" qaynar telefon xəttinə rayonda süni sututarında 1 nəfərin (uşaq) batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində, batan şəxsin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
25 Mart 17:27
1 344
25 Mart 15:08
1 365
25 Mart 15:03
1 379