28 Avqust 2025 18:14
2 072
Kür çayının Salyan rayonundan keçən hissəsində yaşlı kişi meyiti aşkar olunub.
"Report"un Aran bürosu xəbər verir ki, hadisə Salyan şəhəri ilə Babazanlı yaşayış məntəqəsini birləşdirən körpünün yaxınlığında qeydə alınıb.
İlkin məlumata görə, qeyd olunan ərazidə şəxsiyyəti məlum olmayan yaşlı kişinin meyiti aşkarlanıb. Meyit götürülərək aidiyyati üzrə təhvil verilib.
Hazırda meyitin şəxsiyyətini müəyyənləşdirmək istiqamətində tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır.
25 Mart 17:27
1 337
25 Mart 15:08
1 351
25 Mart 15:03
1 365