28 Avqust 2025 20:28
2 415
Goranboyda avtomobil iki piyadanı vurub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Goranboy-Naftalan yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ 2107” markalı minik maşını yolu keçmək istəyən piyadalar 2011-ci il təvəllüdlü D.Kərimova və onun bacısı 2008-ci il təvəllüdlü N.Kərimovanı vurub. Hər iki piyada xəstəxananaya yerləşdirilib, onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Qəzadan sonra “VAZ 2107 yolunun kənarına aşıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Fakt araşdırılır.
25 Mart 17:27
1 337
25 Mart 15:08
1 351
25 Mart 15:03
1 365