28 Avqust 2025 21:13
2 170
Gəncədə 31 yaşlı kişini bıçaqlayan şəxs polis tərəfindən saxlanılıb.
Bu barədə APA-nın yerli bürosuna Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.
Onun sözlərinə görə Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəhər sakini R. Şahbazova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 29 yaşlı Namik Əliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
25 Mart 17:27
1 337
25 Mart 15:08
1 351
25 Mart 15:03
1 365