29 Avqust 2025 11:05
1 932
Ermənistanın Avstriyadakı konsulu Aşxen Aleksanyan Ermənistana qayıtdıqdan sonra "Zvarnots" hava limanında saxlanılıb.
APA xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Nəşr xanım konsulun Azərbaycanın xeyrinə casusluqda şübhəli bilinərək saxlanıldığını yazır.
Onun üzərində bir neçə sənəd aşkarlanıb, bundan sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti Xarici İşlər Nazirliyinin binasında axtarış aparıb, kompüterlər, sənədlər yoxlanılıb.
Hadisənin bir neçə ay əvvəl baş verdiyi, lakin böyük qalmaqala səbəb ola bilər deyə, konsulun həbsinin gizli saxlanmasına qərar verildiyi bildirilir.
25 Mart 17:27
1 337
25 Mart 15:08
1 351
25 Mart 15:03
1 358