3 Sentyabr 2025 22:52
2 072
Biləsuvarda qəzada xəsarət alan şəxslərin kimliyi müəyyən olunub.
APA xəbər verir ki, onlar Cəlilabad rayonunun Uzuntəpə kənd sakinləri 2002-ci il təvəllüdlü Həmidov Əlvan Şəfi oğlu, 2002-ci təvəllüdlü Xanverdiyev Elmin Şaban oğlu və 2000-ci il təvəllüdlü Cəfərov Nəsib Bahadur oğludur.
***
22:25
Biləsuvarda iki minik və bir yük avtomobili toqquşub.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə hadisə köhnə Bakı-Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində baş verib.
İki minik və bir yük avtomobilinin toqquşması nəticəsində ilkin məlumata görə bir nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya hospitalizasiya olunub.
Yaralananların Cəlilabad rayon sakinləri olduqları bildirilir.
Faktla bağlı araşdırma aparılır.
25 Mart 17:27
1 337
25 Mart 15:08
1 351
25 Mart 15:03
1 365




