8 Sentyabr 2025 19:11
1 960
Bakıda sürücü diqqətsizliyi işıqforun yararsız vəziyyətə düşməsinə səbəb olub.
Bu barədə Xalqcebhesi.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Belə ki, bu gün günorta saatlarında paytaxtın Binəqədi rayonu, Binəqədi şosesi ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Qəza səbəbindən 1 ədəd işıqfor obyekti yararsız vəziyyətə düşüb.
Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yararsız vəziyyətə düşmüş işıqforun yenisi ilə əvəz edilməsi işləri görülür.
25 Mart 17:27
1 351
25 Mart 15:08
1 372
25 Mart 15:03
1 386