9 Sentyabr 2025 17:44
2 128
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən sentyabrın 10-u axşamdan 14-dək ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında, Gəncə, Tovuz, Goranboy, Daşkəsən, Ağstafa, Qazax, Qusar, Xızı, Qobustan, Neftçalada narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
Azərbaycanın digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
25 Mart 17:27
1 337
25 Mart 15:08
1 351
25 Mart 15:03
1 365