11 Sentyabr 2025 13:29
2 044
Binəqədi rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, “Baksol yolu” deyilən ərazidə açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
25 Mart 17:27
1 337
25 Mart 15:08
1 351
25 Mart 15:03
1 365