22 Sentyabr 2025 22:20
2 632
Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xızı rayonu ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosu xəbər verir ki, idarəetməni itirən avtomobil beton maneəyə çırpılıb.
Nəticədə sürücü 26 yaşlı Cəmil Hacıəliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qəza nəticəsində magistralda qısa müddətli tıxac yaranıb, artıq avtomobillərin hərəkəti tam bərpa edilib.
Faktla bağlı araşdırma aparılır.
25 Mart 17:27
1 337
25 Mart 15:08
1 351
25 Mart 15:03
1 365