26 Sentyabr 2025 07:54
1 806
Şəkidə ötən gecə avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Reanimasiya şöbəsində aldığı ağır xəsarətlərdən müalicə alan Şəki şəhər sakini Hasil Əsgərov sentyabrın 25-i axşam saatlarında ölüb.
Qeyd edək ki, H. Əsgərovu sentyabrın 24-dən 25-ə keçən gecə yolu keçmək istəyən zaman Şəki şəhər ərazisində avtomobil vurmuşdu.
Faktla bağlı Şəki Rayon-Şəhər Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
25 Mart 17:27
1 337
25 Mart 15:08
1 351
25 Mart 15:03
1 365