26 Sentyabr 2025 19:59
2 422
Salyanda 1 yaşlı uşaq hündürlükdən yıxılaraq ağır xəsarət alıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Varlı kəndində qeydə alınıb.
Valideyin nəzarətindən yayınan bir yaşlı H.Z fərdi yaşayış evinin ikinci mərtəbəsindən yıxılaraq kəllə-beyi travması alıb. Azyaşlı komatoz vəziyyətdə Şirvan xəstəxanasına yerləşdirlib.
Faktla bağlı araşdırma aparılır.
25 Mart 17:27
1 330
25 Mart 15:08
1 344
25 Mart 15:03
1 351