
“Regionda davamlı sülh üçün…”-ekspert
7 Oktyabr 14:00
7 Oktyabr 14:00
7 Oktyabr 13:16
Ötən ay İmişli rayonunda keçirilən mərasimdə 73 nəfərin zərər çəkdiyi kütləvi zəhərlənmə hadisəsi məişət zəminində baş verib.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, daxil olan bildiriş əsasında AQTA-nın Mil-Muğan regional bölməsinin əməkdaşlarının götürdüyü nümunələrin müayinəsi nəticəsində bir sıra uyğunsuzluqlar (E.Coli O157:H7 və S.aureus törədiciləri) müəyyən edilib.
Məlumata görə, E.Coli O157:H7 insan sağlamlığı üçün təhlükəli olan "Escherichia coli" bakteriyasının ştammıdır. Yoluxmadan sonra insan orqanizmində şiddətli qarın ağrısı, ishal, qusma, bəzi hallarda bədən hərarətinin qalxması və halsızlıq kimi bir sıra simptomlar müşahidə oluna bilər. Bu bakteriya ilə çirklənmiş qida məhsulları zəhərlənməyə səbəb ola bilər.