Balakəndə avtomobili elektrik dirəyinə çırpılıb, xəsarət alanlar var Hadisə

Balakəndə avtomobili elektrik dirəyinə çırpılıb, xəsarət alanlar var

Balakəndə minik avtomobili elektrik dirəyinə çırpıldıqdan sonra yanğın baş verib, xəsarət alanlar var.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə gecə saat 02 radələrində rayonun Qabaqçöl qəsəbəsinin Şərif kəndi inzibati ərazisində baş verib.

Belə ki, rayon sakini 34 yaşlı Şamil Hizbullah oğlu Əliyev idarə etdiyi “BMW” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbilə avtomobili yolun kənarındakı işıq dirəyinə çırpıb.

Qəzadan sonra avtomobildə yanğın baş verib. Sürücü Ş. Əliyev və avtomobildə olan sərnişin 32 yaşlı Hacyov Rafael oğlu Herayev ərazidə olan sakinlər tərəfindən avtomobildən çıxarılaraq Balakən Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə aparılıblar.

Avtomobildə baş verən yanğın Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəinin yanğınsöndürənləri tərəfindən söndürülüb.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.