Bakıda bir həftə əvvəl yanıq xəsarəti alan 52 yaşlı qadın ölüb Hadisə

Bakıda bir həftə əvvəl yanıq xəsarəti alan 52 yaşlı qadın ölüb

Bakıda qadın yanaraq ölüb.

Hadisə Xəzər rayonunda baş verib.

Oktyabrın 6-da epilepsiya xəstəsi olan 1973-cü il təvəllüdlü Yelena Qurbanova yaşadığı Qala qəsəbəsindəki evində termiki yanıq xəsarəti alıb. Xəstəxanaya yerləşdirilən qadın oktyabrın 12-si orada ölüb.

Araşdırmalar aparılır.