Baş prokuror Kamran Əliyev Gəncə Memorial kompleksini ziyarət edib - FOTO Hadisə

Baş prokuror Kamran Əliyev Gəncə Memorial kompleksini ziyarət edib - FOTO

Baş prokuror Kamran Əliyev Gəncəyə səfər edib.

APA-nın yerli bürosunun məlumatına görə, baş prokuror Kamran Əliyev Gəncə Memorial Kompleksini ziyarət edib. O, Kompleksdə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq abidənin önünə gül dəstələri qoyub və Gəncə terroru zamanı həlak olanların ruhuna dualar oxuyub.

Kamran Əliyev memorialın ekspozisiyası ilə yaxından tanış olub, Kompleks haqqında ona ətraflı məlumat verilib. Daha sonra baş prokuror Kompleksin nəzdində fəaliyyət göstərən muzeyi də ziyarət edib.

Muzeydə “XX əsrin əvvəli”, “Deportasiya və məcburi köçkünlük”, “Soyqırımı və kütləvi qırğınlar”, “Atəşkəs və Vətən müharibəsi dövrü”, “İtkin düşənlər, kütləvi məzarlıqlar, mina terroru” və “İşıqlı gələcəyə doğru” bölmələri ilə tanış olub.

Səfər çərçivəsində Kamran Əliyev Gəncə şəhər prokurorluğunun binasında vətəndaş qəbulu da keçirəcək.

Qeyd edək ki, 27 sentyabr — Anım Günü ərəfəsində Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin açılışında iştirak edib. Xatırladaq ki, bu gün İkinci Qarabağ müharibəsi dövründə Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən beşinci dəfə raket hücumuna məruz qalmasından 5 il ötür.

Baş prokuror Kamran Əliyev Gəncə Memorial kompleksini ziyarət edib - FOTO Baş prokuror Kamran Əliyev Gəncə Memorial kompleksini ziyarət edib - FOTO