Azərkosmos: İnkişaf etməkdə olan ölkələrə xidmət ixrac edirik Hadisə

Azərkosmos: İnkişaf etməkdə olan ölkələrə xidmət ixrac edirik

Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) xidmətləri ilə bağlı yeni imkanlar yaranır.

“APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərkosmos”un idarə heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Dunay Bədirxanov deyib.

O qeyd edib ki, yeni imkanlar xüsusilə yerin məsafədən müşahidəsi çərçivəsində meydana çıxır.

“Biz artıq dünyada yeni bazarlara, həm Afrika, Yaxın Şərq, Orta Asiya, xüsusilə inkişaf etməkdə olan ölkələrə xidmətlərin yeni ixracına başlamışıq. "Azərkosmos" Böyük Qayıdış üzrə dövlət proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərimizdə kənd təsərrüfatı, infrastrukturun planlaşdırılması, su resursları və digər sahələrdə layihələr həyata keçirib. Bu layihələrin demək olar ki, hamısında Azərkosmosun peyk təsvirlərindən istifadə olunub”, - deyə D.Bədirxanov əlavə edib.