

Azərbaycan və İran sərhədyanı mobil rabitənin tənzimlənməsini müzakirə edib
Paşinyanın müavini: Azərbaycanın qərarı sülh gündəliyinin irəlilədilməsi üçün önəmlidir
Litva Müdafiə Nazirliyinin rəhbəri istefa vermək qərarına gəldiyini açıqlayıb
Netanyahu Misirin kəşfiyyat direktoru ilə Trampın Qəzza planını müzakirə edib
Təmirlə bağlı Azadlıq meydanının qarşısında hərəkət məhdudlaşdırılacaq
“Rifah Group” MMC-nin 802 min manatdan artıq vəsaitini mənimsəməkdə təqsirləndirilən sabiq baş mühasibi Samirə Zeynalovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
O, ittihamda göstərilən 308.2-ci maddəyə təsdiqini tapmadığı üçün, 313-cü maddəyə isə müddəti keçdiyi üçün xitam verilməsini xahiş edib.
Prokuror Samirə Zeynalovanın ittiham olunduğu 179.4-cü maddə üzrə təqsirli bilinməsini və ona 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasının verilməsini təklif edib.
Təqsirləndirilən şəxsin vəkili çıxış üçün vaxt istəyib.
Növbəti proses oktyabrın 22-nə təyin edilib.
Qeyd edək ki, ittihama görə, Samirə Zeynaova “Rifah Group” MMC-nin baş müsahibi işlədiyi 2022-2023-cü illərdə qohumlarından başqa məqsədlərə görə aldığı etibarnamələrdən onlardan xəbərsiz istifadə edərək onların adına bank hesabları açıb və MMC-yə məxsus 802.429, 45 manat pul vəsaitini onların hesabına köçürərək mənimsəyib. O, bu əməli törədərkən öz vəzifə mövqeyindən sui-istifadə edib.
Samirə Zeynalovaya qarşı Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmək, ağır nəticələrə səbəb olduqda) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Samirə Zeynalovanın 4 övladı var, övladlarından biri 1-ci qrup əlildir.