Mülki müdafiə qoşunlarında güləş üzrə birincilik keçirilib Hadisə

Mülki müdafiə qoşunlarında güləş üzrə birincilik keçirilib

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının hərbi hissələri arasında sərbəst güləş üzrə birincilik keçirilib.

FHN-dən verilən xəbərə görə, Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra yarışlara start verilib. Mülki müdafiə qoşunlarının komandanlığının Fiziki hazırlıq və idman şöbəsinin zabitlərindən ibarət hakimlərin idarəçiliyi ilə keçirilən birincilikdə 8 çəki dərəcəsi üzrə 81 idmançı iştirak edib.

Yarışda komanda hesabında birinci yeri Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissənin, ikinci yeri Şirvan şəhərində yerləşən “N” saylı hərbi hissənin, üçüncü yeri isə Qəbələ şəhərində yerləşən “N” saylı hərbi hissənin komandası tutub.

Sonda qalib gələn komandalar kubok, medal və fəxri fərmanlarla ilə təltif olunub.

Mülki müdafiə qoşunlarında güləş üzrə birincilik keçirilibMülki müdafiə qoşunlarında güləş üzrə birincilik keçirilibMülki müdafiə qoşunlarında güləş üzrə birincilik keçirilibMülki müdafiə qoşunlarında güləş üzrə birincilik keçirilibMülki müdafiə qoşunlarında güləş üzrə birincilik keçirilibMülki müdafiə qoşunlarında güləş üzrə birincilik keçirilib