Balakənin yeni icra başçısı kollektivə təqdim edilib Hadisə

Balakənin yeni icra başçısı kollektivə təqdim edilib

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Natiq Nuşravan oğlu Ağayev bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

APA xəbər verir ki, təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

N.Ağayev ona göstərilən etimada görə minnətdarlıq edib.