18 Noyabr 2025 16:15
1 925
Dünyanın bir çox ölkəsində saytlara giriş məhdudlaşıb.
APA xəbər verir ki, Cloudflare sistemində baş verən genişmiqyaslı nasazlıq nəticəsində dünyanın müxtəlif regionlarında çoxsaylı internet resurslarına girişdə problem yaranıb.
Şirkətin yaydığı açıqlamada deyilib ki, Cloudflare problemi araşdırır və əlavə məlumatlar daxil olduqca ictimaiyyətə təqdim ediləcək.
Bildirilib ki, bundan əvvəl Cloudflare tərəfindən planlı texniki xidmət işlərinin görüldüyü açıqlanmışdı. Daha sonra isə şirkətin dəstək portalının provayderində nasazlıq yarandığı, bu səbəbdən istifadəçilərin dəstək müraciətlərinə baxarkən və cavablandırarkən xətalarla üzləşə biləcəyi bildirilib.
Qeyd edək ki, yaranmış problemlə əlaqədar Azərbaycanda da xəbər saytlarına girişdə məhdudiyyət yaranıb.
25 Mart 17:27
1 337
25 Mart 15:08
1 351
25 Mart 15:03
1 365