19 Noyabr 2025 11:21
1 890
“Card-to-card” tipli ödəniş əməliyyatları ilə bağlı qanunvericilikdə yeni tələblər müəyyən ediləcək.
“APA-Economics” xəbər verir ki, bunu IX Bankçılıq Forumunda çıxışı zamanı Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev deyib.
O bildirib ki, yeni tələblər fonunda ödəniş kartları ilə aparılan rəqəmsal ödənişlərin inkişaf tendensiyası qorunub saxlanılmalıdır.
Onun sözlərinə görə, mövcud inkişaf tendensiyasının davamlı olması üçün iqtisadiyyatda nağd hesablaşmaların daha geniş şəkildə nağdsız dövriyyəyə cəlb edilməsi zəruridir.
Zakir Nuriyev bildirib ki, son günlər ictimai nəqliyyatda ödəniş kartları və tokenizasiya xidmətinin tətbiqi ilə rəqəmsal ödənişlərin aparılması imkanının yaradılması sektorda mühüm irəliləyişdir və bu addım rəqəmsal ödənişlərin payının artmasına əhəmiyyətli töhfə verəcək.
25 Mart 17:27
1 337
25 Mart 15:08
1 351
25 Mart 15:03
1 358