14:27
644
Bu ilin yanvar-oktyabr aylarında narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirlər nəticəsində ümumilikdə 7 030 cinayət faktı aşkarlanıb.
Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının icmalında qeyd edilib.
Onlardan 2 232-si narkotik vasitələrin qanunsuz satışı, 4 611-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 185-i narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 7 ton 263 kq 229,113 qram narkotik vasitələrin və psixotrop maddələrin6 ton 446 kq 419,462 qramını marixuana, 281 kq 848,682 qramını heroin,143 kq 956,179 qramını tiryək, 75 kq 167,942 qramını həşiş, 153,551 qramını kokain,181 kq 415,261 qramını digər narkotik vasitələr və134 kq 268,036 qramını psixotrop maddələr təşkil edib.
Həmçinin, göstərilən dövr ərzində 10 506 ədəd metadon, 18 923 ədəd çətənə bitkisi, eləcə də 600,492 qram, 95 həb, 39 kapsul güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb.