20 Noyabr 2025 12:03
1 778
“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İtaliya Respublikasının Baş Qərargahı arasında 2025-ci il üçün imzalanmış ikitərəfli əməkdaşlıq Planı"na əsasən, "Dağlıq ərazidə köməksiz qalmış şəxslərin axtarış və xilasedilməsi üzrə" ekspert görüşü keçirilib.
APA Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, İtaliyanın Çerviya şəhərində yerləşən 15-ci Stormo axtarış və xilasetmə bazasında keçirilən görüşdə bazanın rəhbər heyəti və Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) paraşüt-desant və axtarış xilasetmə üzrə hərbi qulluqçuları iştirak ediblər.
Görüş zamanı iki ölkənin mütəxəssisləri arasında təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
25 Mart 17:27
1 337
25 Mart 15:08
1 351
25 Mart 15:03
1 365