20 Noyabr 22:57
20 Noyabr 22:41
20 Noyabr 22:29
"Traxtor" komandasının təhqirlərlə bağlı şikayəti rədd edilib
Pezeşkian paytaxtın Tehrandan köçürülməsi təklifini yenidən gündəmə gətirib
İran BAEA olmadan nüvə obyektlərinin dağıntıları altından zənginləşdirilmiş uranı çıxarmayacaq
Xocalı şəhərinə və Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanları yola salınıb
08:27
609
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Xocalı şəhəri və Cəbrayıl rayonunun Horovlu kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu dəfə Xocalı şəhərinə 25 ailə (136 nəfər), Cəbrayıl rayonunun Horovlu kəndinə isə 47 ailə (189 nəfər) köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.




