Baş Qərargah rəisi: Cenevrədə Ukrayna ordusunun ixtisarı müzakirə olunmayıb Hadisə

Baş Qərargah rəisi: Cenevrədə Ukrayna ordusunun ixtisarı müzakirə olunmayıb

Cenevrədə Ukrayna və ABŞ nümayəndə heyətlərinin sülh planı üzrə danışıqları zamanı Ukrayna Silahlı Qüvvələrinin sayının azaldılması məsələsi qaldırılmayıb.

APA xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatova istinadən məlumat yayıb.

“Hərbi qüvvələrin ixtisarından söhbət getmirdi. Söhbət dinc dövr üçün ordunun sayı ilə bağlı baxışlardan gedirdi. Bu, olduqca mübahisəli mövzudur”, – Qnatov deyib.

Onun sözlərinə görə, həm Kiyev, həm də Vaşinqton tərəfindən Ukrayna üçün ən yaxşı təminatın yaxşı təchiz olunmuş və döyüş qabiliyyətli ordu olması barədə “doğru fikir” səsləndirilib.