27 Noyabr 2025 10:28
1 687
Abşeron rayonunda, Məmmədli–Fatmayı yolunda yol qəzası baş verib.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən verilən xəbərə görə, hadisə noyabrın 26-da baş verib.
“Chevrolet” markalı avtomobilin sürücüsü E. Ələsgərov dünyasını dəyişib. İlkin ehtimala görə, faciəyə sürücünün sürət həddini açması və əks zolağa çıxması səbəb olub.
"Sürücülər, xahiş edirik — sükan arxasında tələsməyin, risk etməyin, həyatınızı təhlükəyə atmayın. Sürət cəmi bir neçə saniyənin qənaəti, amma bir ömrün itkisi ola bilər. Yollarda məsuliyyətli olaq!", BDYPİ-dən bildirilib.
25 Mart 17:27
1 337
25 Mart 15:08
1 351
25 Mart 15:03
1 365