27 Noyabr 22:39
27 Noyabr 21:12
Ömer Kocaman Azərbaycanın TDT ölkələri arasında həyati körpü rolu oynadığını bildirib
Tanınmış oftalmoloqla bağlı şikayət əsasında açılan cinayət işinə xitam verilib
“Qərb illərlə regionları parçalayaraq yeni siyasi nizam qurmağa çalışdı”
Zelenskinin Ofisinin rəhbəri Yermakın mənzilində axtarış aparılır
10:42
224
Tanınmış oftalmoloq Cahid Şahbazovun etdiyi göz əməliyyatından sonra görmə qabiliyyətini itirən Humay Əliyevanın şikayəti əsasında başlanılmış cinayət işinə xitam verilib.
APA-nın əldə etdiyi məlumata görə, buna səbəb onların arasında barışıq əldə edilməsi olub.
Həkimin zərərçəkən şəxsə kompensasiya ödədiyi bildirilir.
Qeyd edək ki, iyul ayında Humay Əliyevanın “Caspian İnternational Hospital”da oftalmoloq Cahid Şahbazov tərəfindən səhv diaqnoz qoyularaq göz əməliyyatı olunduqdan sonra görmə qabiliyyətini itirməsi ilə bağlı iddialar yayılıb.
Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (Səhlənkarlıq - vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.
Bu barədə açıqlama verən Cahid Şahbazovun vəkili Asim Abbasov bildirib ki, müvəkkili cinayət məsuliyyətinə cəlb olunmayıb, yalnız fakt üzrə cinayət işi açılıb.