Ömer Kocaman Azərbaycanın TDT ölkələri arasında həyati körpü rolu oynadığını bildirib Hadisə

Ömer Kocaman Azərbaycanın TDT ölkələri arasında həyati körpü rolu oynadığını bildirib

Türk Dövlətləri Təşkilatı 55-dən çox sahədə layihələr icra edir və regional aktora çevrilib.

APA xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Ömer Kocaman Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısında deyib.

Ömer Kocaman son illərdə media sahəsində əməkdaşlığın getdikcə daha sistemli və institusional çərçivədə inkişaf etdiyini qeyd edərək üzv dövlətlərin media qurumları arasında məzmun mübadiləsinin genişləndirilməsi, strateji kommunikasiya sahəsində koordinasiyalı fəaliyyətin gücləndirilməsi və dezinformasiyaya qarşı çevik müdafiə mexanizmlərinin formalaşdırılmasının türk dünyası üçün əsas prioritetlərdən birinə çevrildiyini vurğulayıb. O, təşkilatın bu əməkdaşlıq xəttini daha da dərinləşdirməkdə qərarlı olduğunu, xüsusilə informasiya təhlükəsizliyi və strateji kommunikasiya istiqamətlərində yeni təşəbbüslərin və birgə layihələrin icrasının nəzərdə tutulduğunu bildirib.

Ömer Kocaman Azərbaycanın TDT ölkələri arasında həyati körpü rolu oynadığını bildirib və ölkəmizin türk dünyasında əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfələri yüksək qiymətləndirib.