Mədəni sərvətləri korlama və mədəni sərvətləri məhv etmə anlayışları müəyyənləşir
Mədəni sərvətləri ehtiyatsızlıqdan məhv edənlər 2 ilədək həbs ediləcək
Səudiyyə Ərəbistanında turizm artımı sürətlənir - 2025-ci ilin ilk yarısı turist sayı 60 milyon
Qərbi Azərbaycandakı mədəni irsin bərpası ilə bağlı UNESCO-ya müraciət edilib
10:25
406
Azərbaycan inkişafının həlledici bir onilliyinə qədəm qoyur. Bu dövrdə yaşıl artım, enerji keçidi və iqlimə davamlılıq ölkənin milli strateji prioritetlərinə çevrilib.
“APA-Economics” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Asiya İnkişaf Bankı (AİB) ilə tərəfdaşlıq çərçivəsində dekarbonizasiya üzrə layihənin təqdimatında AİB-in ölkə üzrə direktoru Sunniya Durrani-Camal bildirib.
"Əlbəttə ki, COP29-a ev sahibliyi edildikdən sonra bu məsələlər daha da önə çıxıb. Yenilənmiş iqlim öhdəlikləri, emissiyaların azaldılması hədəfləri və ölkənin yaşıl mobillik sahəsində regional lider olmaq istəyinin ifadə edilməsi region ölkələrinə aydın və güclü mesaj göndərir. Bu günkü seminar yalnız texniki müzakirə deyil, o həm də Azərbaycanın nəqliyyat sektorunun aşağı karbonlu transformasiyası istiqamətində ön sıralarda yer almaq yolunun bir hissəsidir", - Sunniya Durrani-Camal qeyd edib.
Onun sözlərinə görə, dəmir yolları yüksək enerji səmərəliliyi və aşağı karbon izi ilə seçilən bir nəqliyyat növüdür və Azərbaycan öz mövqeyini regional və qlobal logistika, yükdaşımalar, Orta Dəhliz və Avro-Asiya bağlantıları boyunca ixracın şaxələndirilməsi istiqamətində gücləndirdikcə bu sahənin rolu daha da transformativ olur.
"Biz Sumqayıt–Yalama xəttinin inkişafına dəstək vermişik və hazırda dəmir yolu şəbəkəsinin elektrikləşdirilməsi və siqnalizasiya sistemi üzərində çalışırıq. İndi isə fiziki əlaqələndirmə və ADY-nin əməliyyatlarının yaxşılaşdırılması ilə paralel olaraq, ADB-nin inkişaf edən sahələr üzrə komandası şirkətin enerji səmərəliliyi, bərpa olunan enerji inteqrasiyası, ağıllı rəqəmsal idarəetmə, innovativ maliyyələşdirmə və regional logistika transformasiyası vasitəsilə dekarbonizasiyada qlobal liderə çevrilməsi istiqamətində imkanları araşdırır", - Sunniya Durrani-Camal vurğulayıb.
O əlavə edib ki, texniki yardım çərçivəsindən ortaya çıxacaq tövsiyələr mütləq şəkildə praktiki, icraolunan və ADY-nin korporativ strategiyası, eləcə də Azərbaycanın milli iqlim və enerji məqsədləri ilə tam uyğun olmalıdır. Bu isə, şübhəsiz ki, hökumət qurumları, ADY, ADB komandası və məsləhətçi ekspertlər arasında sıx koordinasiya tələb edəcək.