Bratislavada Prezident İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib
Bratislavada Prezident İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib
Sabunçuda evdə partlayış: İki nəfər xəsarət alıb - YENİLƏNDİ
Azərbaycan Bəhreyndə keçirilən “Mara’ee 2025” festivalında təmsil olunub - FOTO
"Şahdəniz" kompressiya platformasının dayaq blokunun tikintisi üzrə müqavilə imzalanıb
12:32
511
Abşeron yarımadasında və Bakı şəhərində dekabrın 9-u axşamdan 11-i gündüzədək arabir leysan xarakterli yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Dekabrın 10-da gün ərzində ayrı-ayrı yerlərdə yağışın aramsız və güclü olacağı ehtimalı var.
Gözlənilən intensiv və güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur.
Azərbaycanın rayonlarında dekabrın 9-u axşamdan 11-i axşamadək fasilələrlə yağıntılı hava şəraitinin davam edəcəyi, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsinin bəzi yerlərində isə yağıntının bir qədər də güclənəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.