9 Dekabr 2025 17:05
1 841
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, rayon ərazisində "Toyota" və "VAZ 2105" markalı minik maşınları toqquşub.
Qəzada 2005-ci il təvəllüdlü A.Əmrahova,1977-ci il təvəllüdlü S.Ələsova və 1995-ci il təvəllüdlü E.Hüseynova xəsarət alıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
25 Mart 17:27
1 344
25 Mart 15:08
1 358
25 Mart 15:03
1 372