Yasamalda avtoxuliqanlıq edən sürücü həbs edilib Hadisə

Yasamalda avtoxuliqanlıq edən sürücü həbs edilib

Yasamalda avtoxuliqanlıq edən sürücü həbs edilib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata əsasən, Yasamal rayon Polis İdarəsinin DYP Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan "Porsche" markalı 90-OK-400 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Abas Əmirov saxlanılıb.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü A.Əmirovun nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 20 sutka inzibati qaydada həbs edilib.