Beynəlxalq Enerji Agentliyi Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb
“Ukraynada seçkilərin keçirilməsi real təhlükəsizlik təminatları formalaşmadan mümkün deyil”
Növbəti köç karvanları Xocalının Ballıca və Badara kəndlərinə çatıb - FOTO - YENİLƏNİB
Gürcüstan DTX: Nə bizim, nə də İsrailin terror təhlükəsi barədə hər hansı məlumatı olub
12:02
567
Mərkəzi Bank tərəfindən qumar oyunlarına görə bütün ödəniş əməliyyatları dayandırılan “Paysis” MMC-nin rəhbərinin əmlaklarına həbs qoyulub. MMC-nin rəhbəri həbsdə olan Samir Nəsibovdur.
APA-nın əldə etdiyi məlumata görə, onun əmlaklarına həbs qoyulması ilə bağlı Baş Prokurorluqda aparılan cinayət işi üzrə qərar verilib.
Samir Nəsibovun bir sıra əmlakları üzərinə həbs qoyulub.
Qeyd edək ki, onlayn qumar oyunlarının təşkili, bu fəaliyyətlərdən əldə edilmiş vəsaitlərin leqallaşdırılması ilə bağlı ittiham olunan Yusif Baqiyev, Ramil Saadov, Pərviz Məmmədov, Samir Nəsibovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Dekabrın 2-də keçirilən iclasda dövlət ittihamçısı təqsirləndirilən Ramil Saadov, Pərviz Məmmədov və Samir Nəsibovun barəsində seçilmiş həbslə bağlı olmayan qətimkan tədbirinin dəyişdirilərək barələrində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət verib.
Dövlət ittihamçısının vəsatəti təmin olunub. Hər üç təqsirləndirilənin - Ramil Saadov, Pərviz Məmmədov və Samir Nəsibovun barəsində həbs qətimkan tədbiri seçilib. Onlar məhkəmə zalında həbs olunublar.