Bakı Hövsan Beynəlxalq Ticarət Limanının rəisi, Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsi qaçaqmalçılıq və digər ittihamlarla həbs olunub - YENİLƏNİB Hadisə

Bakı Hövsan Beynəlxalq Ticarət Limanının rəisi, Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsi qaçaqmalçılıq və digər ittihamlarla həbs olunub - YENİLƏNİB

Bakı Hövsan Beynəlxalq Ticarət Limanının rəisi Rəşad Daşdəmirov da həbs olunub.

Ona Cinayət Məcəlləsinin 206.4; 213-1.2.2; 213-1.2.3 və və 308.2-ci maddələri üzrə ittiham elan olunub.

Rəşad Daşdəmirov və Fərid Usubov barəsində məhkəmənin qərarı ilə 2 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

***

13.50

Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsi və daha bir neçə nəfər qaçaqmalçılıq və digər ittihamlarla həbs olunub.

APA-nın əldə etdiyi məlumata görə, ümumilikdə 6 nəfər bir sıra cinayətlərdə, o cümlədən, qaçaqmalçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

Onlardan Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov və digər bir neçə nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

***

13.07

Dövlət Gömrük Komitəsinin əməkdaşı həbs olunub.

APA-nın xəbərinə görə, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya məlumatı təsdiq ediblər. Məlumata görə, Fərid Usubov Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanan cinayət işi çərçivəsində saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda zəruri istintaq tədbirləri icra olunur. İctimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Fərid Usubovun saxlanılması barədə ilkin olaraq gununsesi.info məlumat yayıb.

Fərid Usubovun uzun illər Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini işləmiş, general-leytenant Cəbrayıl Usubovun oğlu olduğu bildirilir.