“ABŞ–İran münasibətləri kritik həddə”
2 Mart 21:40
2 Mart 21:40
2 Mart 21:31
2 Mart 21:28
2 Mart 21:28
13 Dekabr 2025 20:25
2 814
"Böyük Qələbənin varisləri" kitabı müsabiqədə birinci yerə layiq görülüb.
Avrasiya.net xəbər verir ki, bu barədə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri, kitabın müəllifi Fuad Hüseynzadə məlumat verib: "Hər bir qələm adamı üçün ən böyük qürur Vətən, dövlət və xalq adına qazandığı uğurudur. Biz də Azərbaycan adına daha bir uğura nail olduq.
Belə ki, İkinci Dünya müharibəsində Azərbaycanın qəhrəman oğulları və onların nəvə-nəticələrinin 44-günlük Vətən müharibəsindəki şücaətindən bəhs edən "Böyük Qələbənin varisləri" ("Наследники Великой Победы") kitabı MDB üzv dövlətlərinin XXII Beynəlxalq "Kitab sənəti" müsabiqəsində "Qələbə" nominasıyası üzrə Azərbaycan adına 1-ci yerə və "Qızıl ulduz" diplomuna layiq görülüb. Bununla bağlı dekabrın 4-də Moskvada təqdimat olub.
Bu haqda MDB-nin rəsmi saytında məlumat dərc olunub. Xatırladaq ki, ilk dəfədir bu müsabiqədə "Qələbə" nominasiyası üzrə Azərbaycanla bağlı kitab qalib olur".
2 Mart 18:00
1 169
2 Mart 17:58
1 036
2 Mart 12:54
1 295