Ermənistan seçkilərə xarici müdaxilənin qarşısının alınması üçün Aİ-dən yardım istəyib
Emin Əmrullayev Böyük Britaniyanın Lordlar Palatasının üzvü ilə görüşüb
Bakıda hotelin 4 işçisinin ölümündə təqsirləndirilən icarədarın həbs müddəti uzadılıb
Aİ XİN rəhbərləri Rusiyaya qarşı yeni sanksiyaları bu gün təsdiqləyəcək
Nazir müavini: Şagirdlərdə milli-mənəvi dəyərləri formalaşdırmalıyıq
09:07
616
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Türkiyə Azərbaycan Dərnəkləri
Federasiyası (TADEF) və ESAZDER Akademinin birgə təşkilatçılığı ilə, Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Türk Dünyası Gələcəyin Liderləri Forumu: Təhsildən Biznes Dünyasına”
çərçivəsində təşkil edilən Panel Proqramı uğurla başa çatıb.
Proqram ESAZDER Akademi bölməsinin rəhbəri Dr. Nurlan Maarif və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası
sədr müavini Settar Kayanın açılış nitqləri ilə başlayıb. Açılış mərasimində ümummilli lider Heydər Əliyev başda
olmaqla Türk Dünyasının dövlət xadimləri və şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ardından
Türkiyə Respublikasının İstiqlal Marşı və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə həmçinin Kütahya Azərbaycanlılar Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri İlqar İdrisov, dərnək
rəhbərliyi və üzvləri ilə birlikdə iştirak edib. Akademik dairələr, iş dünyası nümayəndələri, vətəndaş cəmiyyəti
təmsilçiləri və tələbələrdən ibarət geniş iştirakçı tərkibi proqramın əhəmiyyətini bir daha nümayiş etdirib.
Təhsildən Biznes Dünyasına Çoxşaxəli Baxış
Panel iclası Dos. Dr. İnci Oya Coşkunun moderatorluğu ilə həyata keçirilib.
Tədbirin sonunda panel iştirakçılarına plaketlər və təşəkkürnamələr təqdim edilib. Bağlanış nitqi ESAZDER
sədri, Uzman Əczaçı Cavid Aydın tərəfindən səsləndirilib, Türk Dünyasını bir araya gətirən bu cür elmi və
peşəkar platformaların davamlılığının vacibliyi vurğulanıb.
“Türk Dünyası Gələcəyin Liderləri Forumu: Təhsildən Biznes Dünyasına”
, təhsil ilə biznes dünyası arasında güclü
körpü yaradan, gənclərin karyera yoluna istiqamət verən və akademiya–sektor əməkdaşlığını gücləndirən
nümunəvi bir təşkilat kimi yadda qalıb.
Cavid


