15:57
553
Dekabrın 18-də saat 13:00 radələrində Quba rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə biri aqonal vəziyyətdə olmaqla, 2 nəfər (qadın) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə APA-ya Quba Rayon Mərkəzi Xəstəxanasından bildirilib.
“Onlara sol bazunun epifiziolizi, həyatla uzlaşmayan müştərək travma, aqonal vəziyyət diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 2017-ci il təvəllüdlü şəxs ambulator müalicə üçün evə buraxılıb. 1998-cı il təvəllüdlü şəxsə göstərilən bütün zəruri reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 13:20 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsinə təhvil verilib”, məlumatda deyilir.
***
15.51
Qubada sərnişin avtobusu ana və övladını vurub.
APA-nın şimal bürosu xəbər verir ki, hadisə Quba şəhərinin Heydər Əliyev prospektində baş verib.
Quba-Xaçmaz marşrutu ilə hərəkət edən avtobus 1998-ci il təvəllüdlü İsrafilova Əminə Sahib qızını və onun azyaşlı övladını vurub. Xəsarət alan 27 yaşlı qadın və övladı Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qadını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.