19 Dekabr 2025 11:35
1 771
Dekabrın 9-da Astara rayonu, Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşən 2 balıqçıdan biri - 1999-cu il təvəllüdlü Həsənov Ağadədə Famil oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
APA xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında bildirilib.
Hazırda itkin düşən digər şəxs, 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğlunun axtarışları davam etdirilir.
Əlavə məlumat veriləcək.
25 Mart 17:27
1 351
25 Mart 15:08
1 372
25 Mart 15:03
1 386