Nazir: Azərbaycan Yaxın Şərqdə diplomatik təmasları davam etdirir
Ceyhun Bayramov: Mərkəzi Asiya liderlərinin Azərbaycana son 3 ildə 23 səfəri baş tutub
XİN rəhbəri: Bu il Azərbaycan-Ermənistan sülh prosesində mühüm irəliləyişlər əldə olunub
Siqaret qaçaqmalçılığında ittiham edilən Ruslan Eyyubov həbslə bağlı şikayətini geri götürüb
Kəmaləddin Heydərov: Azərbaycan taekvondosu davamlı inkişaf edir
14:13
546jpeg-1760094789.jpg)
Dekabrın 26-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir.
APA xəbər verir ki, məhkəmə iclasında təqsirləndirilən şəxs Davit İşxanyan son söz çıxışı edir.
O, ittiham tərəfinin bildirdikləri ilə bağlı özünün əks arqumentlərini səsləndirir.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.