SDG/YPG-yi “önəmli” göstərən faydalı bir aparat: İŞİD
1 Yanvar 20:38
1 Yanvar 20:38
1 Yanvar 18:31
30 Dekabr 2025 23:00
18:03
770
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şamaxı rayonunda (Şamaxı-Muğanlı yolunun 12-ci kilometrliyi) yolun qarlı-buzlu olması ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
APA nazirliyin saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Baic” markalı minik avtomobilində 5 nəfər köməksiz vəziyyətdə qalıb. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2-si uşaq olmaqla 5 nəfərə müvafiq köməklik göstərilib.