QMİ Həcc ziyarəti ilə bağlı çağırış edib Hadisə

QMİ Həcc ziyarəti ilə bağlı çağırış edib

Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarəti ilə bağlı çağırış edib.

QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri APA-ya bildirib ki, Səudiyyə Ərəbistanı Həcc və Ümrə nazirliynin dünyadakı bütün Həcc missiyalarına Həccə qeydiyyat prosedurlarının erkən bitirilməsini ciddi şəkildə tələb edir:

"Belə ki, Ramazan ayının 1-dən vizaların verilməsi prosesinə start veriləcək və ay yarım ərzində yekunlaşacaq. Ona görə, Həccə niyyətli olan vətəndaşlarımızdan xahiş edirik ki, yubanmadan gəlib qeydiyyata alınsınlar. Kvotanın dolub-dolmamasınsan asılı olmayaraq sənədlərin qəbulu 15 fevral tarixində bitəcək".