Səfərbərlik Xidmətinin 9 əməkdaşının əmək müqaviləsinə xitam verilib, 93 nəfərin işi prokurorluğa göndərilib Hadisə

Səfərbərlik Xidmətinin 9 əməkdaşının əmək müqaviləsinə xitam verilib, 93 nəfərin işi prokurorluğa göndərilib

Ötən il Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 9 əməkdaşının əmək müqaviləsinə xitam verilib.

Bu barədə Dövlət Xidmətinin 2025-ci ilin yekunlarına dair hesabatında qeyd edilib.

Bildirilib ki, əməkdaşların qeyri-qanuni hərəkətləri və vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə 2025-ci il ərzində 172 əməkdaş (onlardan 65-i rəhbər heyət) barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb. O cümlədən 9 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb və ya əmək müqaviləsinə xitam verilib.

Ümumilikdə ötən ildə 44 fakt üzrə 93 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.