Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin olunub Hadisə

Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin olunub

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin əmri ilə Hasil Vasif oğlu Abbasov Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.

Bu barədə APA-ya Nazirlikdən məlumat verilib.

O, 2012-2014-cü illərdə Dünya Bankı ilə birgə layihələrdə, 2014-2019-cu illərdə özəl sektorda müxtəlif vəzifələrdə, 2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sektor müdiri, ASAN İnnovativ İnkişaf Mərkəzinin direktoru, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini vəzifələrində çalışıb.

2024-cü ilin oktyabr ayından hazırkı vəzifəsinə qədər Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində işləyib.

Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin əvvəlki sədri Sadiq Cabir oğlu Əliyev digər sahədə fəaliyyətə başlamaq istəyi ilə əlaqədar ərizəsinə əsasən işdən azad edilib.