“Neft ixracı sülh yolunu açır”
9 Yanvar 22:15
9 Yanvar 22:15
9 Yanvar 22:05
9 Yanvar 21:59
9 Yanvar 21:45
9 Yanvar 12:39
875
“Tiktok” əməliyyatı zamanı saxlanılan beş tiktoker barəsində cinayət işləri ilə bağlı qərar qəbul edilib.
APA-nın məlumatına görə, “Tiktok” əməliyyatı zamanı saxlanılan Vüqar Kərimov, “Magerramov” ləqəbli Əmrah Məhərrrəmov, "Vaqa" ləqəbli Vüqar Zeynalzadə, ”Xan” ləqəbli Əsgər Əlizadə, “Nuh” ləqəbli Nuh Məmmədzadənin cinayət işinə xitam verilib.
Tiktokerlər Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi üzrə təqsirli biliniblər.
Qeyd edək ki, bir neçə gün öncə “TikTok”da yarış təşkil edən Azər Zahid və köməkçisi Rövşən Təhməzov barəsində də cinayət işinə xitam verilmişdi.
Onlar Cinayət Məcəlləsinin 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) 244-1.2.2-ci (qumar oyunu təşkil etmə), 244-1.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirli bilinirdilər.
9 Yanvar 18:37
1 141
9 Yanvar 18:05
1 099
9 Yanvar 17:54
1 127